Önəmli
Bakı-Sumqayıt yolu təmirə bağlandı
Bakı-Sumqayıt yolu bağlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Bakı-Sumqayıt şossesində aparılan təmir işlərinin bir hissəsi yekunlaşdığı üçün Moskva prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Sumqayıt şossesinə girişi bərpa edilib.
Hal-hazırda yolun digər qismində təmir işləri aparıldığına görə Bakı-Sumqayıt şossesinin iki zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. /APA/