Önəmli
Elnur qalib gəldi və Demet Akalın dediyini elədi (FOTO)
Türkiyəli müğənni Demet Akalın \”O səs Türkiyə\” müsabiqəsinin finalının gedişində verdiyi sözə əməl edib. O, Azərbaycan təmsilçisi Elnur Hüseynov qalib gələrsə, studiyaya pijama ilə gedəcəyini yazmışdı.
Elnur Hüseynov \”O səs Türkiyə\”nin qalibi oldu, Demet Akalın isə vədinə əməl etdi. Musavat.com xəbər verir ki, türkiyəli müğənni bir neçə dəqiqə əvvəl studiyadan çəkilmiş fotosunu Twitter-də paylaşıb.