Önəmli

Nazirlik xəbərdarlıq etdi: qar yağacaq, yollar buz bağlayacaq

Nazirlik xəbərdarlıq etdi: qar yağacaq, yollar buz bağlayacaqAzərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Savash.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, fevralın 20-də günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Fevralın 21-də küləyin güclü olacağı ehtimal edilir. Havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında belə hava şəraiti fevralıın 23-dək davam edəcək.

Fevralın 20-si qərb rayonlarından başlayaraq, ayın 23-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında güclü şimal-qərb küləyi əsəcək.

Fevralın 21-də və 22-də Bakıda və Avbşeron yarımadasında temperaturun gündüz 0 dərəcəyə yaxın, gecə saatlarında 2 dərəcəyə kimi şaxta olacağı gözlənilir.

Rayonlarda yollar buz bağlayacaq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button