Önəmli

“AMAY Abdulla” hədələdi: “Çox şey bilirəm…”

“AMAY Abdulla” hədələdi: “Çox şey bilirəm...”Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən “A.M.A.Y” rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə keçirilən məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, prosesdə ittiham aktı elan olunub.

Məhkəmədə çıxış edən Abdulla Abdullayev ittihamın mahiyyətinin onun üçün aydın olmadığını və özünü təqsirli bilmədyini deyib.

25 il dövlətə və dövlətçiliyə xidmət etdiyini deyən A.Abdullayev xuliqanlığa görə həbs edilməsini başa düşmədiyini bildirib.

O, çıxışında deyib ki, Avropa İnsan Haqları Məhkəməsində də öz hüquqlarını təmin edə bilər: “Amma dövlətə və dövlətçiliyə etdiyi xidmətə görə bu addımı atmaq fikrində deyiləm”.

A.Abdullayev çox şeyləri bildiyini və danışacağı təqdirdə bir çox məsələlərin dəyişəcəyini deyib.

Məhkəmə prosesi fevralın 26-na təxirə salınıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button