Önəmli

Yüzlərlə “vor zakon”un iştirakı ilə kriminal sammit gözlənilir

Yüzlərlə “vor zakon”un iştirakı ilə kriminal sammit gözlənilirİspaniya həbsxanasından buraxıldıqdan sonra oktyabrın 29-da Rusiyaya qayıdan “Şakro Molodoy” ləqəbli məşhur “vor zakon” Zaxari Kalaşov yaxın vaxtlarda bütün keçmiş sovet respublikalarından olan kriminal avtoritetlərin iştirakı ilə “sxodka” keçirməyə hazırlaşır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrdən KİV-lərə bildirilib.

Əfsanəvi kriminal avtoritet, “Ded Xasan”ın öldürülməsindən sonra onun kriminal imperiyasının lideri olmağa əsas namizəd hesab edilən “Şakro Molodoy” Rusiyaya qayıtdıqdan sonra vaxtının çox hissəsini Moskva ətrafındakı Odintsovo rayonunda yerləşən Razdorı qəsəbəsindəki kottecdə keçirir.

Hər gün ona onlarla “vor zakon” zəng edir və görüşmək istədiklərini çatdırır. Lakin “Şakro” onların demək olar ki, hamısına rədd cavabı verir. Bildirir ki, hələ işlərlə bağlı kursda deyil və vəziyyəti öyrənir.

Bununla belə mənbə bildirib ki, Zaxari Kalaşov slavyan kriminal klanının iki ən nüfuzlu nümayəndəsinin görüş haqda xahişini yerə salmayıb. O, “Petrik” ləqəbli Aleksey Petrovu və “Tyurik” ləqəbli Vladimir Tyurini qəbul edib.

Görüş üçün müraciət edənlərin sayının çoxluğunu nəzərə alan “Şakro” mesaj göndərib ki, tezliklə genişmiqyaslı “sxodka” keçirəcək və kriminal aləmdə cərəyan edən proseslərlə bağlı bütün məsələlərə orada aydınlıq gətirilməsinə çalışacaq.

Gözlənilir ki, bu toplantıda yüzlərlə “vor zakon” iştiral edəcək. “Sxodka”nın dəqiq vaxtı və yeri isə hələlik məlum deyil.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button