Önəmli

Arif Yunusun həbs müddəti 5 ay uzadıldı

Arif Yunusun həbs müddəti 5 ay uzadıldıBu gün Nəsimi Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan konfliktoloq Arif Yunusun həbs müddətini daha beş ay – 2015-ci il, avqustun 5-dək uzadıb.

Bu barədə \”Amerikanın səsi\”nə vəkil Əfqan Məmmədov bildirib. Müdafiə tərəfi apelyasiya şikayəti vermək niyyətindədir.

Vəkil həmçinin qeyd edib ki, A.Yunus ifadə verməkdən imtina edir.

A.Yunus 2014-cü il, avqustun 5-də, hüquq müdafiəçisi, həyat yoldaşı Leyla Yunusun həbsindən bir qədər sonra həbs olunub. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button