Önəmli

Polis Aslan Aslanovun sərxoş oğlunu saxladı – FOTO

Polis Aslan Aslanovun sərxoş oğlunu saxladı – FOTOSürücünün sənədləri də qaydasında olmayıb.

Fevralın 20-si gecə saat 01 radələrində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı “Bentley” markalı maşını saxlayıblar.

Savash.org-un məlumatına görə, aznews.az-a daxil olan xəbərdə bildirilir ki, 10 DO 007 dövlət nömrə nişanlı bu avtomobilin sürücüsünün sərxoş olduğu, eyni zamanda sənədlərinin qaydasında olmadığı müəyyənləşib.

Buna görə də, avtomobil 3-cü mikrorayonda yerləşən cərimə meydançasına aparılıb.

Sonradan məlum olub ki, avtomobili idarə edən şəxs Kənd Təsərrüfatı nazirinin keçmiş müavini, son zamanlar “Lamiyə olayı” ilə diqqət mərkəzində olan Aslan Aslanovun oğlu Turqay Aslanovdur.

Məlum olub ki, həmin avtomobil 2008-2013 illərdə Turqay Aslanovun adına olsa da, 2013-cü ildə Allahverdiyev Valeh Ramazan oğluna etibarnamə verilib.

Amma sayı məhdud, təxminən 300 min dollar dəyərində olan ağ rəngli “Bentley” daim Turqay Aslanov tərəfindən idarə olunub.

Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Turqay Aslanov hazırda Ədliyyə Nazirliyinin İstintaq idarəsinin müstəntiqi vəzifəsində çalışır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button