Önəmli

DİN Göyçayda hüquq müdafiəçisinin saxlanılmasına aydınlıq gətirdi

DİN Göyçayda hüquq müdafiəçisinin saxlanılmasına aydınlıq gətirdiDaxili İşlər Nazirliyi (DİN) hüquq müdafiəçisi Taleh Xasməmmədovun saxlanılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, Göyçay rayon sakini Taleh Xasməmmədov törətdiyi konkret qanunazidd hərəkətinə görə polis tərəfindən saxlanılıb: “Bu gün saat 13.50 radələrində ərazidə xidmət aparan polis əməkdaşları bir nəfərin başqa birisini yerə yıxaraq döydüyünü görüblər. Polislər dərhal ora yaxınlaşaraq hadisəyə müdaxilə edib. Məlum olub ki, Taleh Xasməmmədov idarə etdiyi nəqliyyat vasitəsini düzgün park etmədiyi üçün Zahir adlı şəxs ona irad bildirib. Bu zəmində onlar arasında mübahisə düşüb və Taleh Xasməmmədov Zahirə müxtəlif bədən xəsarətləri yetirib.

Onların hər ikisi saxlanılıb. Zərərçəkən Zahirin ərizəsi əsasında Göuçay Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalara başlanıb və məsələyə hüquqi qiymət veriləcək”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button