Önəmli

Pensiyalar vaxtından əvvəl veriləcək

Pensiyalar vaxtından əvvəl veriləcək“Novruz bayramına qədər pensiyalar qrafikdən əvvəl maliyyələşdiriləcək”.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, yanvar-fevral aylarında pensiyaların maliyyələşdirilməsi prosesi qrafikdən əvvəl yekunlaşıb: “Qarşımızda duran məsələ Novruz bayramına qədər pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsidir ki, biz buna da nail olacağıq”.

DSMF sədri bildirib ki, neftin qiymətinin dəyişməsi ilə əlaqədar iqtisadiyyatda baş verən dəyişikliklər fonunda maliyyə dayanıqlığı məsələsində istər 2014-cü ildə, istərsə də cari ildə DSMF-nin maliyyə göstəriciləri kifayət qədər uğurla ifadə olunur: “Hətta 2014-cü ili əhəmiyyətli praktik məbləğ ilə başa vurmuşuq ki, bu, cari ildə də maliyyələşməni vaxtında aparmağa imkan verir”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button