Önəmli

Azərbaycanda \”Facebook\” istifadəçilərinin sayı azalır

Azərbaycanda "Facebook" istifadəçilərinin sayı azalırAzərbaycanda aktiv \”Facebook\” istifadəçilərinin sayı azalıb.

\”Global State\” statistik mərkəzinin hesabatına əsasən, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda aktiv \”Facebook\” istifadəçilərinin sayı 7% azalıb.

\”Facebook\” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı fevralın sonuna 81,57 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisini 21 faiz ötür.

2015-ci ilin ilk 2 ayı ərzində isə \”Twitter\” istifadəçilərinin sayı 52,2 faiz artıb. Bu şəbəkə ölkədə sosial medialar arasında ikinci yerdədir. Azərbaycanda fevralın sonuna Twitter-ın payı 8,57 faiz olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 9,3 faiz çoxdur.

Sosial şəbəkələr arasında istifadəçilərin sayına görə üçüncü yerdə 2,38 faizlə \”В контакте\” qərarlaşıb. \”Pinterest\” – 2,08%, \”Google \” – 1,94%, \”Tumblr\” – 1,93% və \”YouTube\” 0,47 faizlə sonrakı yerləri tutur. (trend.az)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button