Önəmli

Azərbaycan bu ərazilərdə də nəzarəti ələ alacaq – Ermənistan ŞOKDA

“Vəziyyət belə davam etsə, Azərbaycan Mehriyə də nəzarəti ələ alacaq”.

Publika.az xəbər verir ki, bu barədə Mehrinin meri Mhitar Zaxaryan deyib.

Onun sözlərinə görə, noyabrın 10-dan sonra vəziyyət hər gün daha da pisləşir.

“Qafan və Gorusla bağlı problemlər Mehridən qaynaqlanan problemdir. Azərbaycanlılar sərhəddə oturublar və bütün ərazilərə nəzarət edirlər. Bu rəhbərliyin günahıdır. Xoşbəxtlikdən, Mehri demarkasiya planına daxil deyil, lakin hər şey belə davam edəcəksə, Mehri də əlimizdən çıxacaq”, – Zaxaryan deyir.

Lakin anlamır ki, 10 noyabr anlaşması ilə Naxçıvandan çəkilən dəhliz Mehri üzərindən keçəcək və burada Rusiya qüvvələri təhlükəsizliyi qorusa da, Azərbaycan artıq tarixi torpaqlarına girişi təmin edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button