Önəmli

İşğaldan azad edilən torpaqlarda daha bir nazirliyin mərkəzi yaradıldı – RƏSMİ

“Qarabağ bölgəsini əhatə edən 12 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi təsis edilib”.

Savash.org xəbər verir ki, bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, məlum səbəblərdən həmin ərazilərdə hərəkət məhdudiyyəti var:

“Bu gün üçün həm müvafiq qiymətləndirmə işləri aparılır, həm də paralel olaraq mümkün olan ağacların əkilməsi həyata keçirilir. Həmin ərazilərdə çinar ağacı və palıd toxumlarının səpilməsi prosesi gedir. Bir sözlə, həmin ərazilərdə hər gün davamlı şəkildə proseslər gedir və yaxın gələcəkdə genişmiqyaslı tədbirlər görüləcək”. 

H.Əlizadə qeyd edib ki, ətraf mühit nöqteyi-nəzərindən işğaldan azad edilən ərazilərdə vəziyyət elə də ürəkaçan deyil: 

“Olduğumuz ərazilərdə, demək olar ki, meşə ərazisi, eləcə də, ağaclar qalmayıb. Həmin ərazilərdə bütün ağaclar kəsilərək ya odun kimi istifadə olunub, ya da mebel üçün fabriklərə daşınıb”.  /Oxu.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button