Türkiyəli həkim ANS-i məhkəməyə verir – SƏBƏB
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Türkiyə vətəndaşı, estetik plastik cərrah Zübeyir Örter son günlər müxtəlif media qurumlarında dərc edilən və eləcə də martın 2-də ANS TV-nin \”İç Xəbər\” buraxılışında yayımlanan \”Bakıda həkimlər toyuna bir neçə ay qalmış qızı bədbəxt etdilər\” başlıqlı süjetdə adının hallanmasına və günahı olmadan barəsində nüfuzdan salan xəbərlərin yayılmasına aydınlıq gətirmək məqsədi ilə mətbuat konfransı keçirib.
Zübeyr Örter qeyd edib ki, yaxın zamanda məhkəmə olacaq: \”Qanuna olan hörmət və inamıma görə məhkəmə qərarını verənə qədər heç bir açıqlama verməyəcəm. Bu vaxta qədər və bundan sonra bütün xəbərlərin izləyəcəyəm və hüquqi haqlarımdan istifadə edəcəyəm\”.
Sözügedən süjetdə bildirilir ki, toyuna bir neçə gün qalmış 25 yaşlı xanım süd vəziləri ilə bağlı kompleksdən qurtulmaq istədiyindən İstanbul Estetik Klinikasına müraciət edib.Burada Zubeir Örter tərəfindən əməliyyat olunub. Xanımın açıqlamasına görə, əməliyyat uğursuz alınıb. Həmin xanım da həkimlə əlaqə yarada bilmədiyindən şikayətçidir. (modern.az)