Şairi bıçaqlayan da şair imiş: \”Onu stoluma buraxmırdım, qisas aldı…\”
Şadlıq evinin qarşısında Mübariz Məsimoğlunu bıçaqlayan şəxsin özü də şair imiş
Dünən axşam şadlıq evinin qarşısında bıçaqlanan şair Mübariz Məsimoğlu baş verən hadisə ilə bağlı “Kulis”ə danışıb.
Qarın boşluğu, bud və əl nahiyəsindən yaralar alan M.Məsimoğlu bildirib ki, onu vuran şəxs şair həmkarı, AYB üzvü Hürriyyət Məmmədzadədir: “Konkret heç bir səbəb yoxdur. Sadəcə, onu bəzi yaramaz hərəkətlərinə görə öz stoluma buraxmırdım. Bu da öz aləmində qisas almaq istəyib. Törətdiyi əməli əvvəldən planlaşdırıb. Qəfil məni vurdu, müqavimət göstərib bıçağı əlindən aldım və buraxdım, ikinci dəfə ikinci bıçaqla hücum etdi. Amma bu yaralar elə də dərin deyil. Birinci vurduğu bıçaq qarın boşluğuma işləyib, ancaq heç bir orqana zərər dəyməyib. İndi palatadayam, özümü yaxşı hiss edirəm.”
Hadisəni törədən H.Məmmədzadə hadisə yerindən qaça bilib və hazırda harda olduğu bilinmir.