Önəmli

MTN-in tutduğu PKK-çıların kimlərlə əlaqəsi var?! – (Video)

MTN-in tutduğu PKK-çıların kimlərlə əlaqəsi var?! - (Video)

PKK terror təşkilatının üzvü olduğu bildirilən və dünən həbsə alınan Namiq Nəsibov və Elnur Ələkbərov barəsində maraqlı faktlar ortaya çıxır. Qarçuxur məscidinə “Molotov kokteyli” atan bu insanları ölkədəki kürd icmasında da kifayət qədər yaxından tanıyırlar.
Bir neçə gün əvvəl gecə saatlarında Qaraçuxur məscidinin içərisində baş verən səsin küyü indi bütün ölkəni bürüyüb. Məscid isə hadisələrdən əvvəl olduğu kimi adi günlərindən birini yaşayır.
Arxa qapıdan birbaşa məscidin içərisinə atılan “Molotov kokteyli” ərazidə güclü yanğın törətsə də bu fəsadlar qısa bir zamanda aradan qaldırıldı. Və indi demək olar ki, məscid tam fəaiyyətini davam etdirir.
Hadisə baş verən günə qədər antiterror əməliyyatları zamanı saxlanılan Namiq Nəsibov və Elnur Ələkbərovu isə bundan əvvəl məscidin ətrafında görən də olmamışdı.
“İl boyu biz bütün günlər – istər cümə, istərsə də adi günlərdə – daim məsciddəyik və məscidimizə diqqətimiz var. Biz o yoldaşların Qaraçuxur məscidinə gəlib-getməsinin şahidi olmamışıq” – deyə Qaraçuxur məscidinin axundu Mirfəttah Fəttayev bildirib.
Görünür, məsciddə müxtəlif təriqətlərdən olan şəxslərin bir yerdə rahat ibadət etməsi bəzi qüvvələri narahat edib və dini cərəyanlar arasında gərginlik yaratmaq üçün istifadə etməyə çalışıblar. Özü də bu hadisə Sumqayıtda radikal dini təriqətin liderinin saxlanılmasından və onun evindən çoxlu sayda partlayıcı maddənin çıxmasından sonra baş verib.

Maraqlısı ondadır ki, terror planı hazırlayan Namiq Nəsibov və Elnur Ələkbərov PKK terror təşkilatının Azərbaycanda yaratdığı qeyri-rəsmi qolu “Yekbun” təşkilatına tərəfdarlar toplamağa çalışıb.

Deputat Fazil Mustafa hesab edir ki, Avropa Oyunlarına az vaxtın qaldığı bir zamanda bu cür hadisənin baş verməsi dövləti bütün istiqamətlərdə ayıq olmağa çağıran bir siqnaldır.

“Bu, təkcə iki PKK simpartizyanının işi deyil. Bu, birbaşa alınmış bir qərarın icrasıdır. Ona görə də Azərbaycan hökuməti buna bir terror aktı kimi qiymət verərək PKK-nın bir terror təşkilatı kimi tanınması və ona qarşı mübarizə aparılmasını bir qərar formasında gerçəkləşdirməlidir” – deyə deputat bildirib.
Suriyanın Kobani şəhərində PKK terror təşkilatının sıralarında bir müddət döyüşən Namiq Nəsibovun Bakıda bu cür hadisə törətməsini Azərbaycandakı “Ronayi” Kürd Mədəniyyət Mərkəzi də qınayıb. Sən demə, məscidi yandıran şəxs radikal mövqeyinə görə mərkəzdən də uzaqlaşdırılıbmış.
Bəs MTN tərəfindən saxlanılan Namiq Nəsibov və Elnur Ələkbərov kimlərlə əlaqəsi var? Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, ictimai təhlükəsizliyi pozma, odlu silah əldə etmə maddələri ilə cinayət işinin başlanması bu suala cavab tapmaqda yardımçı olacaq.

https://www.youtube.com/watch?v=f30mkwwZFX4

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button