Önəmli

Alimlərdən koronavirusla bağlı xəbərdarlıq – 2021-ci ilin martına qədər…

2021-ci il martın əvvəlinə qədər dünyada beş milyondan çox insan yeni koronavirusun qurbanı ola bilər.

Bu barədə Çin Xəstəliklərin Nəzarəti və Qarşısın alınması üzrə Mərkəzi, Çin Xalq Qurtuluş Ordusu və bəzi digər elmi- tədqiqat institutlarının alimləri xəbərdarlıq ediblər.

Alimlərin hesablamalarına görə, vəziyyətin xoşagəlməz inkişafı təqdirində bu il martın əvvəlinə qədər dünyada koronavirusa yoluxanların sayı 170 milyonu keçə bilər. Üstəlik, infeksiyaya yoluxma halların əksəriyyəti alimlərin 32 milyon yoluxma halı proqnozlaşdırdığı ABŞ-a düşəcək.Tədqiqatçılar, həmçinin maskalar taxmaq, sosial məsafəni saxlamaq və 2021-ci ilin mart ayının əvvəlinə qədər kütləvi peyvəndləmə kimi lazımi təhlükəsizlik tədbirlərə riayət edilsə, koronavirus qurbanlarının sayının 300 min nəfər olacağını hesablayıblar.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button