Önəmli

Rusiya yeni qərar qəbul etdi: Azərbaycan üçün də nəticəsi olacaq

Rusiya mart ayının 1-dən taxıla ixrac rüsumunu 2 dəfə artıracaq. 

Savash.org  xəbər verir ki, Rusiya hökuməti taxıl ixracına kvota tətbiq edib.

Azərbaycan taxıla olan tələbatını əsasən Rusiya və Qazaxıstan hesabına ödəyir. Bu baxımdan Rusiya hökumətinin martın 1-dən tətbiq edəcəyi ixracat rüsumları Azərbaycanda taxılın qiymətinin artmasına gətirib çıxaracaq. 

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 1 milyon 867,3 min ton buğda yığılıb. Yəni, keçən il buğda istehsalı 304,2 min ton və ya 14% azalıb. Bu, əkin sahələrində (ümumilikdə 588,4 min hektar) 12,2%, məhsuldarlıqda (31,7 sentner / ha) 2,2% azalma ilə müşayiət olunub. (qaynarinfo)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button