Önəmli

Müğənnilərimizin Almaniya QALMAQALI haqda açıqlama – FOTO

Müğənnilərimizin Almaniya QALMAQALI haqda açıqlama - FOTOAlmaniyada Novruz şənliyinə qatılan müğənni Natavan Həbibi həmkarları Səidə Sultan və Elnur Məmmədovla Kanal Avropa Duisburg eudu kanalında yayımlanan Ersoy show verilişini aldatmaları haqda yayılan xəbərlərə aydınlıq gətirib.

Savash.org \”qafqazinfo\”ya istinadən xəbər verir ki, açıqlamasında müğənni Almaniyaya gec çatdıqları üçün verilişdə iştirak etmədiklərini bildirib: \”Verilişdə iştirak etməmək bizdən asılı olmadı. Almaniyaya bəzi səbəblərdən gec çatdıq. Biz orada olanda artıq yayım başlamışdı. Ona görə də canlı yayımda iştirak edə bilmədik. Əsas odur ki, konserti uğurla başa vurduq. Həmvətənlərimizə bayram əhval-ruhiyyəsi bəxş etdik. Nəinki həmvətən, yerli izləyicilərin də qarşısında Azərbaycanı layiqincə təmsil etdik. Əsas məqsədimiz də elə bu idi\”.

Qeyd edək ki, Anspress-in yaydığı məlumata görə, Ersoy show verilişinə dəvət alan müğənnilərimiz proqramda iştirak etməyə razılıq veriblər. 2 saatlıq verilişin müddəti 3 saata qədər artırılıb ki, Azərbaycan Avropada geniş şəkildə təbliğ olunsun. Lakin proqramın başlamasına 2 saat qalmış müğənnilər gələ bilməyəcəklərini söyləyiblər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button