Önəmli

Öcalandan tərəfdarlarına müraciət: \”Silahı yerə qoyun\”

Öcalandan tərəfdarlarına müraciət: "Silahı yerə qoyun"Həbsdə olan kürd üsyançılarının lideri öz tərəfdarlarına müraciətində Türkiyə əleyhinə silahlı mübarizəyə son qoymağa səsləyib.

Müvafiq bəyanatı Diyarbəkir şəhərində Novruz bayramı münasibətilə toplaşan izdihama cümə axşamı günü məhbəsdə Abdullah Öcalana baş çəkmiş kürdpərəst partiyasının nümayəndəsi Sırrı Süreyya Önder çatdırıb.

Mitinq iştirakçıları PKK liderinin şəkillərini gəzdiriblər. Abdullah Öcalanın çağırışından sonra elan edilmiş atəşkəs rejimi 2013-cü ildən bəri qüvvədə qalır. PKK Kürdüstanın müstəqilliyi uğrunda 30 il ərzində silahlı mübarizə aparıb.

Münaqişə 40 mindən artıq adamın ölümünə bais olub. Gözlənən açıqlamadan öncə Öcalanın planı barədə məlumat verilməyib. Lakin cümə axşamı günü PKK liderilə məhbəsdə görüşən kürdpərəst HDP (Xalqların Demokratik Partiyası) partiyasının nümayəndəsi Sırrı Süreyya Önder bəzi məqamalara toxunub.

\”Bu sülh prosesi üzrə nəzəri və praktiki məqamları əhatə edən ölkəmiz və bölgə üçün bir sülh xəritəsi olacaq”, – siyasətçi AFP agentliyinə bildirib.

Ötən ay Abdullah Öcalan öz tərəfdarlarını \”silahlı mübarizəyə son qoyacaq\”konfransa qatılmağa səsləyib. 1999-cu ildə Kenyada həbs olunmuş kürd lideri ömürlük həbs cəzasına məhkum edilib.
O, Türkiyənin qərb sahilindəki İmralı adasının xüsusi məhbəsində saxlanılır. (BBC)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button