Önəmli
Yanukoviçin oğlunun ölüm səbəbi: göldə batıb
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin kiçik oğlu Rusiyada, Baykal gölündə batıb.
Savash.org xəbər verir ki, ukraynalı millət vəkili Nestor Şufrıç ölüm barədə məlumatı BBC-ə təsdiqləyib. Prezident Yanukoviçin oğlunun adı həmçinin Viktor idi.
Daha əvvəl Rusiya və Ukrayna mediasında yayılan məlumatlarda deyilirdi ki, onun maşını Baykal gölündə buzu deşərək batıb.
Bu yaxınlarda devrilmiş prezidentə əlaqəsi olan bir sıra şəxs ölüb.
Cənab Yanukoviç 2014-cü ilin fevral ayında irimiqyaslı etirazlar nəticəsində devriləndən sonra Rusiyaya getmişdi.