Önəmli

“Facebook”da daha bir möhtəşəm yenilik: Keçmişə qayıdış

“Facebook”da daha bir möhtəşəm yenilik: Keçmişə qayıdışÖtən illərin şəkil və ya statuslarını yalnız istifadəçinin özü görəcək.

Facebook-un “On This Day” funksiyası istifadəçilərə paylaşım lentində ötən illərin konkret tarixlərində baş vermiş hadisələri yada salmağa kömək edəcək.

Savash.org xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər keçmiş tarixlərdə yazdıqları status və ya bölüşdükləri şəkilləri yenidən asanlıqla tapa bilərlər. Ötən illərin şəkil və ya statuslarını yalnız istifadəçinin özü görəcək, lakin istəsə həmin foto və statusları yenidən paylaşa bilər.

Bundan əlavə, istifadəçilər günlük xatırlatmalara abunə olmaqla əvvəlki illərin həmin tarixində baş verənləri görə bilərlər.

Maraqlısı odur ki, “On This Day”-in alqoritmi mənfi emosiyalı məlumatı yada salmır. Məsələn, istifadəçilərin münasibətdə olduğu və ayrıldığı insanlar və ya həyatlarını dəyişən insanlarla bağlı məqamlar əks olunmur. (Trend)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button