Önəmli

İcra başçısı müavininin oğlu həbs olunub

İcra başçısı müavininin oğlu həbs olunubZərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərovun oğlu həbs olunub.

Məlumata görə, Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov mart ayının 22-də saat 16.00 radələrində sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Bu zaman o, polisə sənəd təqdim etməkdən imtina edib.

Zərdab Rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Ceyhun Səfərovun həbs müddəti martın 27-də başa çatıb və o, sərbəst buraxılıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button