Önəmli

Peyvənd olunan şəxslər təkrar virusa yoluxa bilərmi? – TƏBİB-dən AÇIQLAMA

Biz dünyadan təcrid edilməmişik, ona görə COVİD-19-un yeni ştammının Azərbaycanda da olma ehtimalı var, amma qaydalara əməl etməklə, vaksinasiyaya daha ciddi yanaşmaqla virusun yayılmasının qarşını ala bilərik.

Savash.org xəbər verir ki, bunu TƏBİB-in İnfeksion Xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.

Onun sözlərinə görə, COVİD-19-a qarşı insanlara vurulan vaksinin ikinci dozasından sonra orqanizmdə 60-90 faiz qoruyuculuğun yaranacağı gözlənilir:

“Lakin insanlar “mən artıq peyvənd olundum, yoluxmayacağam” deyərək rahatlanmamılıdırlar. Hər kəs qorunma tədbirlərinə əməl etməlidir. Biz hələ COVİD-19-a qarşı vaksinin qoruyuculuq müddətinin nə qədər olacağını bilmirik. Ümid edirik ki, bu müddət heç olmasa, 1-2 il olsun. Qrip əleyhinə vaksində qoruyuculuq müddəti 1 il hesab edilir. COVİD-19-a qarşı vaksinin də müddəti bu qədər olsa, uğurlu sayı bilər. Çünki bu halda yoluxma zənciri qırılacaq və yoluxma az əhali qrupunu əhatə etməyə başlayacaq”. (Trend)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button