Önəmli

Milli Məclis yol hərəkəti qaydalarını dəyişdirir

Milli Məclis yol hərəkəti qaydalarını dəyişdirirAzərbaycanda yol hərəkəti qaydalarında yeniliklər tətbiq olunur, qaydalar dəyişdirilir.

APA xəbər verir, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 1-ci maddəsinə bir sıra əlavə və dəyişikliklər təklif edilir.

Qanunun 1-ci maddəsinə təklif olunan bəndə görə, “avtomagistralın hərəkət hissəsində nəqliyyat vasitəsinin dayanması və durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir”.

Bundan başqa, maddəyə təklif edilən digər bəndlərdə ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin təsnifatı verilir.

Qanuna təklif olunan 51-ci bəndə görə, “ağırçəkili nəqliyyat vasitəsi – ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və yüksüz nəqliyyat vasitəsidir”.

Təklif edilən 52-ci bəndə görə isə “iriqabaritli nəqliyyat vasitəsi – ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametrlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 16-da müzakirəyə çıxarılacaq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button