Önəmli

Son sutkada Azərbaycanda neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Savash.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb, 3 173 nəfər vəfat edib. Hazırda 2 322 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 260, bu günə qədər isə ümumilikdə 2 485 483 test icra olunub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button