Önəmli

Bayden administrasiyasından miqrantlarla bağlı mühüm qərar

Bayden administrasiyasının nümayəndəsi bildirib ki, immiqrantlar ABŞ-a gələn kimi sığınacaq alacaqlarına ümid etməsinlər, çünki Trampın siyasətinə uyğun olaraq həmin miqrantların əksəriyyətini rədd cavabı gözləyir.

Savash.org xəbər verir ki, fəallar Prezident Co Baydenin öz sələfinin immiqrasiya siyasətini kəskin dəyişəcəyinə ümid edirdilər. Lakin Ağ evin mətbuat katibi Cen Psaki bildirib ki, immiqrantların əksəriyyətinə elə sərhəddə rədd cavabı veriləcək.

Bayden administrasiyasının əsas vəzifələrindən biri ABŞ ərazisində COVID-19 pandemiyasını dayandırmaqdır. Bu məqsədlə ABŞ sərhəd xidmətləri İctimai Səhiyyə Kodeksinin 42-ci bölməsini rəhbər tutaraq ABŞ-da sığınacaq almaq istəyənləri dərhal geri qaytaracaqlar.

Bayden administrasiyası bildirib ki, miqrantlar sərhəd nəzarəti məntəqələrinin gözləmə zonalarında sosial məsafəyə riayət edə bilmirlər, buna görə də həm ABŞ vətəndaşlarının, həm də miqrantların özlərinin sağlamlığını qorumaq üçün təcili tədbirlər görülməsi zəruridir.

“İndi Birləşmiş Ştatlara gəlmək vaxtı deyil”, – deyən Psaki daha sonra əlavə edib ki, miqrantlar onların müraciətlərinə baxılmasını gözləmək üçün nadir hallarda bu ölkəyə daxil ola biləcəklər, lakin onların əksəriyyətinə əvvəlki kimi, elə sərhəd zonasında rədd cavabı veriləcək.

Hüquq müdafiəçiləri və tibbi fəallar bu tədbirlərə qarşı ciddi etiraz edir və bildirirlər ki, sərhəddən keçən bütün başqa insanlar kimi qaçqınları da COVID-19-a yoluxma baxımından yoxlamaq olar. (Azərtac)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button