Önəmli

\”Coca-Cola\”nın Rusiyada öldürülən direktorunun qətlində Azərbaycan izi – RƏSMİ AÇIQLAMA

"Coca-Cola"nın Rusiyada öldürülən direktorunun qətlində  Azərbaycan izi - RƏSMİ AÇIQLAMASankt-Peterburqda yoxa çıxan \”Coca-Cola ABC Avrasiya\” zavodunun direktoru 37 yaşlı Dmitri Soşnevin meyiti tapılıb.

Artıq qətldə ittiham edilən şəxslər saxlanılıb. Polisin məlumatına görə, onlardan biri 28 yaşlı Azərbaycan vətəndaşı Denis Çxitauri və 46 yaşlı Vyaçeslav Finoqeyevdir.

Məlumata görə, onlar iş adamına Frunzensk rayonunda görüş təyin ediblər. Orada direktora atəş açılıb.
Daha sonra onlar mərhumun üzərindəki 150 min rubl (təqribən 2190 manat) pulu və maşının sənədlərini götürərək hadisə yerindən qaçıblar.

Şübhəli şəxslər hadisəni törətdikləri yeri göstəriblər. Artıq meyit tapılıb.

ANS PRESS-in məlumatına görə, axırıncı dəfə direktoru zavodun ərazisində noyabrın 28-də görüblər. Yoxa çıxdığı gün Soşnevin üstündə böyük məbləğdə pul olub. Dekabrın 1-də qohumları onun itkin düşməsi haqda polisə müraciət edib.
\”Vesti\”nin məlumatına görə, Soşnev uzun müddət narkotik maddə istifadəçisi olub. Onun narkotik üstündə yaranan mübahisəyə qurban gedə biləcəyi istisna edilmir. Öldürülən direktorun iki uşağı olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button