Önəmli

Kayahanın vəsiyyəti açıqlandı – (Mətn)

Kayahanın vəsiyyəti açıqlandı - (Mətn)Türkiyəli müğənni Kayahan sabah dəfn ediləcək.

Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə KİV-ləri xəbər yayıb. Camal Rəşid Rey konsert salonunda mərhumla vida mərasimi keçiriləcək. Mərasimdən sonra sənətçinin cənazəsi Təşvikiyə məscidinə götürüləcək.

Bundan başqa, müğənninin vəsiyyəti də açıqlanıb. O, dəniz mənzərəsi olan məzarlıqda dəfn olunmasını vəsiyyət edib. Bu səbəbdən ailəsi mərhumu İstanbulun Qanlıca qəbiristanlığında dəfn edəcək. Bu məzarlıq dənizə yaxın yerdə yerləşir.

Müğənninin digər vəsiyyəti isə dəfn mərasiminə və məzarına gül və çələng gətirilməməsi barədə olub. O, bunun əvəzində Türkiyənin Məhmətçik Vəqfinə ianə edilməsini istəyib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button