Sumqayıt sakinlərinə şad xəbər: Bakı-Sumqayıt marşrutunda sürət qatarları…
Yeni dəmir yolu vaqonlarının alınması gözlənilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi Bakı və Sumqayıt arasında sərnişindaşımanı sürətləndirmək üçün infrastrukturu yeniləməyi planlaşdırır, Savash.org Turan agentliyinə istinadən xəbər verir.
Martda 63 km uzunluğunda Bakı-Xırdalan-Sumqayıt magistralının əsaslı təmiri başlayıb. Bundan baqa, 1,65 km uzunluğunda əlavə yol çəkiləcək.
Bu layihənin maliyyələşdirilməsi üçün Asiya İnkişaf Bankını cəlb etmək planlaşdırılır. Layihənin reallaşdırılması məsələləri “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşündə müzakirə edilib. Bakı-Sumqayıt dəmir yolunun müasirləşdirilməsi üçün müxtəlif variantlar nəzərdən keçirilib. Həmin variantları SYSTRA konsaltinq şirkəti hazırlayıb.
QSC-nin rəhbəri Cavid Qurbanovun qeyd etdiyinə görə, Bakı-Sumqayıt dəmir yolunun yenidən qurulması sərnişindaşımaya olan tələbatı ödəyəcək və avtomobil nəqliyyatına alternativi təmin edəcək.
Dəmir yolunun müasirləşdirilməsindən başqa yeni dəmir yolu qatarlarının alınması da nəzərdə tutulur.