Önəmli
\”Fənərbaxça\”nın avtobusuna silahlı hücum: Sürücü vuruldu – FOTO, VİDEO
Türkiyənin \”Fənərbaxça\” komandasının avtobusuna silahlı hücum edilib.
Musavat.com Türkiyə Kİv-lərinə istinadən xəbər verir ki, axşam saatlarında Rizə şəhərindən Trabzona gedən klubun avtobusuna naməlum şəxslər tərəfindən atəş açılıb. Nəticədə avtobusun sürücüsü ağır yaralanıb.
Yaralı sürücü polis köməyi ilə ən yaxın xəstəxanaya çatdırılıb. Futbolçular zirehli maşınlarla hava limanına aparılıb.