Önəmli
Müxalifət Elçibəyin oğlunu boykot edir
\”Artıq 9 aydır ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. Buradakı işimdən məmnunam\”.
Bunu modern.az saytına açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.
Ərturqut Əliyevin sözlərinə görə, müxalifət nümayəndələri onunla əlaqə saxlamırlar: \”İşə düzələndən və nişanlanandan bəri mənimlə heç kəs əlaqə saxlamır. Tanıdığımız insanların heç biri, o cümlədən müxalifət nümayəndələri mənə telefon zəngi belə açmayıb. Başımı aşağı salıb işimlə məşğulam. Heç kimdən də xüsusi kömək və telefon zəngi gözləmirəm\”.
Qeyd edək ki, Ərturqut Əliyev bir müddət öncə mətbuata açıqlamasında FHN-də işə düzəlməsi xəbərini şərh etməkdən imtina etmişdi.