Önəmli

İŞİD-ə əsir düşən ingilis qadının müdhiş hekayəti

İŞİD-ə əsir düşən ingilis qadının müdhiş hekayətiİsrail ordusunda xidmət keçən britaniyalı Gill Rozenberq dünya mediasının diqqət mərkəzindədir.G.Rozenberq yəhudi ordusu sıralarından PKK qüvvələrinə qoşulub. Xanım hərbçi terror təşkilatının YPG qanadında \”İslam dövləti”nə qarşı savaşlarda iştirak edib. Bu döyüşlərə qoşulmaq üçün noyabrın əvvəlində Əmman şəhərinə, bir müddət sonra Ərbilə yola düşüb. Rozenberq Ərbildə bir qrup kürd döyüşçüsü ilə Kobaniyə keçib və YPG sıralarına qatılıb.

Dünya və İsrail mətbuatının son xəbərinə görə, döyüşlər zamanı britaniyalı qız İŞİD-ə əsir düşüb. Onun vəhhabiliyi qəbul etdiyi bildirilir. Belə ki, Rozenberq özünə Aişə Um Yəhud adını götürüb. Onun terrorçulara məxsus hospitalda çalışdığı qeyd edilir. Hətta İŞİD-in media nümayəndəsi Əbu Muhəmməd Adnani ona evlənmək təklif edib.

G.Rozenberq Britaniyada anadan olub. Vankuver şəhərində aviasiya məktəbini bitirib. 2007-2009-cu illərdə İsrail ordusunda xilasetmə batalyonunda xidmət edib. 2009-cu ildə könüllü olaraq Federal Təhlükəsizlik Xidmətinə təslim olaraq 4 il həbsdə qalıb. Həbsdən çıxdıqdan sonra Təl-Əviv şəhərinə gələrək orada yaşayıb. (axar.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button