Önəmli

Əli İnsanov mayın 10-da əfv olunacaq?

Əli İnsanov mayın 10-da əfv olunacaq?Mayın 10-da Heydər Əliyevin doğum günü ilə əlaqədar əfv sərəncamının imzalanacağı gözlənilir.

Bu barədə AzNews.az-a İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun üzvü Novella Cəfəroğlu məlumat verib.

Onun sözlərinə görə, məhbuslarla bağlı hazırlanan siyahı artıq hazırdır. Siyahıya keçmiş Səhiyyə naziri Əli İnsanovun da adı daxil edilib: “Siyahı tam hazırdır. Orada keçmiş Səhiyyə naziri Əli İnsanovun da adı var. Kimlərin əfv olunacağını isə deyə bilmərik. Buna Əfv Komissiyasında baxılacaq və qərar da birbaşa prezidentin səlahiyyətində olan məsələdir”.

Qeyd edək ki, Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. O, 11 il azadlıqdan məhrum edilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button