Önəmli

Qaradağda ağacəkmə aksiyası davam edir – FOTOLAR

Qaradağda ağacəkmə aksiyası davam edir - FOTOLAR“Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Qaradağda ağacəkmə aksiyası davam edir

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.

Məlum olduğu kimi, bu ilin mart ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyevanın “Ümumrespublika yaşıllaşdırma” layihəsi əsasında ağacəkmə kampaniyasına start verilmişdir.

Bu məqsəd ilə rayonun Sanqaçal və Sahil qəsəbələrinin nəzərdə tutulmuş ərazilərində yerli iqlim şəraitinə uyğun zeytun, şam və müxtəlif növ ağac olmaqla 1000-dən çox ağac əkildi. Bu nəcib aksiyada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri yaxından iştirak edirdi.

Artıq mart ayında başlanan kampaniya çərçivəsində 16000-ə qədər müxtəlif növ ağaclar əkilmişdir. Əkilən ağacların qorunması üçün müvafiq suvarma sistemi qurularaq gecikdirilmədən aqrotexniki qulluq göstərilir. Abadlaşdırılan ərazidə təmizləmə işləri görülür, yeni torpaq qatı salınır, mineral gübrələr səpilir.“Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonun digər qəsəbələrində, eləcə də Bakı-Ələt (Astara) magistral avtomobil yolu boyunca ağaclar əkiləcək.
Qaradağda ağacəkmə aksiyası davam edir - FOTOLAR
Qaradağda ağacəkmə aksiyası davam edir - FOTOLAR
Qaradağda ağacəkmə aksiyası davam edir - FOTOLAR
Qaradağda ağacəkmə aksiyası davam edir - FOTOLAR
Qaradağda ağacəkmə aksiyası davam edir - FOTOLAR
Qaradağda ağacəkmə aksiyası davam edir - FOTOLAR
Qaradağda ağacəkmə aksiyası davam edir - FOTOLAR

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button