Önəmli

İŞİD-in əsirliyindən qaçan şəxs danışdı: \”Dostumu gözümün qabağında…\”

İŞİD-in əsirliyindən qaçan şəxs danışdı: "Dostumu gözümün qabağında..."İŞİD («İslam Dövləti» silahlı qruplaşmasının əvvəlki adı- red.) həbsxanasında ölüm cəzasından qurtula bilmiş bir keçmiş əsir «Times»a danışıb. Onun sözlərinсə, bir çox xarici cihadçılar xəyal qırıqlığına uğradıqdan sonra qrupdan qaçıb canlarını qurtarmaq istəyiblər, ancaq həbs olunublar.

Keçmiş əsir deyib ki, qruplaşmada səudiyyəli və iraqlılar yuxarı mövqe tuturlar.

«Tunislilər özlərini döyüşçü, səudiyyəlilər isə dindar, ruhani hesab edirlər», – İŞİD-in Hələbdəki əl-Bab həbsxanasında altı ay qalmış suriyalı insan haqları fəalı Omar söyləyib. «Britaniyalılar əsasən mütəxəssisdirlər – ya həkim, ya da mühəndis işləyirlər».

Omar qorxudan əsl adını demir. O, qaçmağa çalışan bir neçə əcnəbi döyüşçü ilə birlikdə qalıb. Onların içində 20 yaşlı fransız da olub.

«Əcnəbilər cənnət eşqinə gəlirlər, ancaq reallığı görəndə sarsılırlar. İŞİD-də iyerarxiya var, əcnəbilər və suriyalılar da onun dibində yer alır». Omar hazırda Suriyanın sərhədində, Türkiyənin cənubunda qalır.

Onun dediyinə görə, xariciləri, heç döyüşmək təcrübəsi olmayanları cəbhə xəttinə göndərirlər, imtina edənləri öldürürlər.

Omar yapon jurnalist Kenji Goto ilə də qısa müddətə bir yerdə qalıb. Sonra Goto Rəqqadakı həbsxanaya köçürülüb, daha sonra başının kəsildiyini göstərən video yayılıb.

Omar indi də ağrılardan, qorxulardan əzab çəkdiyini deyir. O, küfr danışmaqda ittiham olunub, əvvəlcə 3 aylıq həbs alıb, sonra bu, ölüm cəzasıyla əvəzlənib.
Moldova Rusiya hərbçisi – 2012Moldova Rusiya hərbçisi – 2012

Saxlandığı kamerada ona gündə bir dəfə yemək verilib. Kamerada qollarından asılaraq işgəncəyə məruz qoyulub, yaxın dostunun işgəncədən öldüyünü gözləri ilə görüb. Omar həbsxana darvazasından sivişib çıxdığını, yaxınlarının son ziyarətinə gəlmiş adamlara qarışdığını da nəql edib.

Böyük Britaniya azı 500 britaniyalının İŞİD-ə qoşulmaq üçün Suriya və İraqa getdiyini bildirir. Ancaq bu rəqəmin daha böyük, hətta 2 min olduğu söylənir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button