Önəmli

Şeyxin qardaşı bacısı oğlunun həbsindən danışdı

Şeyxin qardaşı bacısı oğlunun həbsindən danışdı“Bu, düz hərəkətdir”.

General-mayor Şərif Əsədullayev oğlunun törətdiyi hadisədən xəbər tutaraq, dərhal onu polisə gətirərək təhvil verib. Bu, düz hərəkətdir. Buna başqa nəsə əlavə etmək lazım deyil.

Savash.org xəbər verir ki, bu sözləri modern.az saytına açıqlamasında deputat Cavanşir Paşazadə bacısı oğlu Tamerlan Əsədullayevin törətdiyi olayla əlaqədar həbs olunmasına münasibət bildirərkən deyib.

C.Paşazadə Tamerlan Əsədullayevin törətdiyi hadisənin mətbuatda geniş işıqlandırılmasına belə münasibət bildirib.

“Bacımın oğlu ilə bağlı məsələ mətbuatda necə işıqlandırılıbsa, fakt odur. Mən də o qədər bilirəm, ondan artıq heç nə deyə bilmərəm. Şərif Əsədullayev oğlunu götürüb özü polis bölməsinə təhvil verib. Əlavə heç nə demək istəmirəm”.

Bir neçə gün öncə Bakının Yasamal rayonundakı “Senator” restoranında DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin iştirakı ilə dava düşüb, bir nəfər bıçaqlanıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə adam bıçaqlamaqda təqsirli bilinən Tamerlan Əsədullayev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. Tamerlan Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Milli Məclisin deputatı Cavanşır Paşazadənin bacısı oğludur.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button