Önəmli

Gülən şəbəkəsinə daha bir sarsıdıcı zərbə

Gülən şəbəkəsinə daha bir sarsıdıcı zərbəTürkiyədə terrorçu elan olunan Fətullah Gülənin 29 adamına həbs qərarı verilib.

ANS PRESS-in məlumatına görə, İstanbulun 20 rayonunda aparılan əməliyyatda 29 nəfər saxlanılıb. Onların arasında İstanbul polis rəisinin müavini Mahir Çakallının da olduğu bildirilir.

Saxlanılan şəxslər tibbi müayinədən keçirildikdən sonra İstanbul polis idarəsinə aparılıb.

Şübhəlilər casusluq, qeyri-qanuni dinləmə, şəxsi məlumatları toplamaq, saxta sənədlər hazırlamaq və hökümətin işinə mane olmağa təşəbbus etməkdə ittiham olunurlar.

Qeyd edək ki, 2013-cü ilin dekabr ayından başlayaraq Fətullah Gülənin rəhbərlik etdiyi dini şəbəkəyə qarşı ardıcıl əməliyyatlar həyata keçirilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button