Önəmli

Ərdoğan Papaya qəzəbləndi: \”Səni xəbərdar edirəm ki…\”

Ərdoğan Papaya qəzəbləndi: "Səni xəbərdar edirəm ki..."Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma papası Fransiski 1915-ci il hadisələri ilə əlaqədar yanlış bəyanatları təkrarlamamağa çağırıb.

Ərdoğan papanın 1915-ci il hadisələrini \”erməni soyqırımı\” hesab etməsi barədə bəyanatı kobud səhv adlandırıb.

\”Papa bir müddət əvvəl Aknarada olmuşdu. Həmin vaxt mən başqa siyasətçi görmüşdüm. Qafqazlarda Çərkəzlərin, Krımda tatarların yaşadığı faciələrə ürəyimiz yandığı kimi, ermənilərin məruz qaldığı sıxıntıları bilirik və buna üzülürük.

1915 hadisələrini araşdırmaq tarixçilərin işidir, qoyun onlar da araşdırsınlar. Biz bütün arxivlərimizi açırıq. Varsa Ermənistan da açsın, sənədləri ortaya qoysun. Biz Silahlı Qüvvələrimizin də arxivlərini açmağa hazırıq. Amma bütün bunları etməyəcəksiniz və siyasi lobbilərə, erməni diasporunun çirkin oyunları ilə Türkiyə əleyhinə nəticə almağa çalışacaqsınız. Papaya da xəbərdarlıq edirəm ki, o, bir daha yanlış bəyanatlar verməsin\”, – deyə Ərdoğan bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button