Önəmli

Prezidentə şikayət edən redaktor VHM-in ofisində mətbuat konfransı keçirdi

Prezidentə şikayət edən redaktor VHM-in ofisində mətbuat konfransı keçirdi16 Aprel 2015-ci il tarixində “Mozalan” Satirik Jurnalının redaktoru Əliyev İlham Qərib oğlu Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə hüquq Müdafiə təşkilatının ofisində mətbuat konfransı keçirib. Həmin konfransın keçirilməsinə səbəb Redaktorun evinin sökülməsi, əvəzində isə qanunda nəzərdə tutulan məbləğin ona ödənilməməsidir. Xatırladaq ki, mətbuat konfransınadək şikayətçi ölkə başçısına da yazılı şəkildə müraciət edib. O bu addımı ilə həm ölkə rəhbərliyindən, həm də ictimai sektordan dəstək istəyib. Şikayətçi Əliyev bildirib ki, Bakı şəhəri, Yasamal rayon Qurtqaşinli küçəsi 75 ünvanında yerləşən mənzili sökülməsi nəzərdə tutulan evlərə daxil edilib.

Lakin nədənsə, ona, söküləcək evlərin sahiblərinə verilməsi nəzərdə tutulan məbləğ deyil, ondan qat-qat az məbləğ təklif olunub. Şikayətçi Əliyev daha sonra bildirib ki, uzun müddətdir yaşayış sahəsi kimi istifadə etdiyi Bakı şəhəri, Yasamal rayon Qurtqaşinli küçəsi 75 ünvanında 26 kvadratmetrlik sənədləşməsində qeyri-yaşayış kimi göstərilən, amma faktiki olaraq uzun illərdir ki, yaşadığımız həmin yerin dövlət tərəfindən söküntüsü planlaşdırılıb. Bu məqsədlə də Maliyyə Nazirliyinin rəsmisi Cavanşir Yusifov tərəfindən bizə 13(on üç) min manat pul təklif olunur. Bu məbləğ də ümumi kvadratmetr üçün verilir və bu nəzərdə tutulan məbləğdən çox az hissəsidir. Burada yəqin ki, ayrılan məbləğin az hissəsini verməklə hansısa maliyyə fıqıldağı edilməsi nəzərdə tutulur.

Daha sonra çıxış edən VHM sədri bildirib ki, hüququ tapdalanan şikayətçi İlham Əliyev sözügedən Yasamal rayon Qurtqaşinli küçəsi 75 ünvanından yaşayış yeri kimi istifadə etdiyindən ona da hamıya ödənilən kompensasiya verilməlidir. Çünki bu söküntü işlərinə qədər şikayətçi ailəsi ilə birlikdə həmin ünvanda yaşayıb. İndi ona Cavanşir Yusifov tərəfindən qanunsuz olaraq təklif olunan 13 min AZN ilə o, Bakının heç bir yerində ev ala bilməz.

VHM sədri daha sonra ölkə başçısı İlham Əliyevin bu məsələlərə nəzarət etdiyini də vurğulayıb. “Hesab edirəm ki, Cavanşir Yusifovun özfəaliyyəti cəzasız qalmayacaq, bir ailənin pozulmaqda olan hüququ bərpa ediləcək”.

VHM mətbuat xidməti

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button