Önəmli

Məzarlarla bağlı yeni qanun: “Qəbir adi daşdan olmalıdır…\”

Məzarlarla bağlı yeni qanun: “Qəbir adi daşdan olmalıdır..."Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yas mərasimləri ilə bağlı məsələyə də toxunub: “Yas mərasimləri ilə bağlı vip-çadırlar məsələsinə qarışa bilmərik, çünki buna başqa qurum baxır. Ancaq məzarlıqlarla bağlı qanun layihəsi hazırlanıb, hazırda Nazirlər Kabinetində baxılır”.

M. Qurbanlı bildirib ki, qanun layihəsində qəbirlərin ölçüsü, məzarlıqlarla bağlı qaydalar əksini tapıb: “Layihədə təklif edilir ki, qəbir adi daşdan, hündürlüyü 50 sm, sinəüstü daş 60 sm oldun. Qəbirlərin ara məsafələri də müəyyənləşdirilib. Layihədə pullu məzarlıqlar məsələsi yoxdur. Qəbirlər sıralanacaq, yalnız ər və arvad üçün istisnalar olacaq, yəni ərin məzarının yanında arvadın, arvadın məzarının yanında ər üçün yer saxlanıla bilər”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button