Önəmli

\”Unibank\” \”Albalı\” kartlara limit qoydu – 100 manat

"Unibank" "Albalı" kartlara limit qoydu - 100 manatUnibank müştəri kartı üzrə nağdlaşdırma əməliyyatına məhdudiyyət qoyub. Albalıkart sahibləri balanslarındakı məbləğdən asılı olmayaraq, həftədə yalnız 100 manat nağdlaşdıra biləcəklər.

Bu haqda açıqlama verən Unibank-ın Neftçilər filialının işçisi bildirir ki, nağd olmayan əməliyyatlar əvvəlki qayda üzrə aparılacaq. Yəni müştərilər kart sistemi keçərli olan ticarət obyektlərində qeyri-nağd ödəniş edə biləcəklər. Nağdlaşdırma isə yalnız ayda 4 dəfə hər dəfəsində 100 manat olmaqla mümkün olacaq.

Əldə etdiyimiz xəbərə görə, limit bankın öz işçiləri də daxil olmaqla bütün müştərilərə tətbiq olunur. Bank qəfil qərarın səbəbini açıqlamasa da problemin manat qıtlığı ilə bağlı olduğu aydındır. (musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button