Önəmli

Var-yoxu söyülən rəqqasə Aşıq Ədaləti bağışladı: \”Qurban olsun anama…\”

Var-yoxu söyülən rəqqasə Aşıq Ədaləti bağışladı: "Qurban olsun anama..."Xəbər verildiyi kimi ATV-nin “Səbəbkar” verilişinin çəkilişində Aşıq Namiq və rəqqasə Aytənin bir il bundan öncə təqdim olunmuş konsertindən süjet nümayiş olunub.

Həmin süjetdə Aşıq Namiqin sazda ifasının sədaları altında rəqqasə Aytən göbək rəqsi edir. Ona baxan Aşıq Ədalət isə əsəblərinə hakim ola bilməyərək rəqqasəni təhqir edib.

Təhqir olunması ilə barışa bilməyən rəqqasə Aytən Aşıq Ədaləti məhkəməyə verib.

Rəqqasə AzNews.az-a bildirib ki, bu olayla bağlı şikayət ərizəsi məhkəməyə təqdim olunub.

Aytən vurğulayıb ki, ancaq o, anasının məsləhəti ilə şikayət ərizəsini geri götürəcək:

“Aşıq Ədaləti məhkəməyə verdikdən sonra saysız-hesabsız sənət adamlarından telefon zəngləri aldım. Dedilər ki, “Aşıq Ədalət yaşlıdır, nə danışdığını bilmir. O, böyüklüyünü bilmədi, sən böyüklük göstər. O, həyatda da belədir. Üzürlü bil, bağışla onu. Aşıq Ədalət həmin günü içkili olub”. 77 yaşı var, mənim anama qurban olsun. Anama görə onu bağışladım. Anam icazə vermədi, dedi ki, “Qızım, o yaşlı adamdı, tərbiyyəsizlik edib. Tərbiyyəsizliklə tərbiyyəsizlik etmək olmaz. Sən böyüküyünü et”. Həm də aşıq Ədalət olanlardan sonra müsahibə vermişdi. Oxudum, baxdım ki bu adam xəcalət çəkir. Elə ondan sonra bir az yumşaldım. Ərizəmi sabah gedib götürəcəm”.

Rəqqasə əlavə edib ki, o, Aşıq Ədalətin anormal olduğunu qəbul edib:“Onu başa düşmək olar, 80-a yaxın yaşı var. Bəs, o xanım aparıcıya nə olmuşdu? Onlar məni deyil, o kişini biabır etdilər. Sənətkar kimi el arasında hörmətdən saldılar. O söyüş kimə təhqirdir? Əlbəttə ki, Aşıq Ədalətə. Mən cavan adamam, sabah da sənətimdə və efirdəyəm. O yaşlı olduğu üçün mən onu bağışladım. Onun bu yaşda gəlib məhkəmədə qarşımda oturmağına utanaram”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button