Önəmli

İmişli polisinin Bakıdakı qətlinin detalları: Otaq yoldaşı öldürüb, pulunu götürüb, meyiti isə yandırıb…

İmişli polisinin Bakıdakı qətlinin detalları: Otaq yoldaşı öldürüb, pulunu götürüb, meyiti isə yandırıb...İmişli Rayon Polis Şöbəsinin əməkdaşınınn Bakıda qətlə yetirilərək yandırılmasının yeni təfərrüatları bəlli olub.Möt əbər mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, 1988-ci il təvəllüdlü polis əməkdaşı Muxtar Nəcəf oğlu Kazımov polis işçisi olan digər xidmət yoldaşı Rabil Nuruş oğlu İbayevlə birgə Polis Akademiyasının qiyabi şöbəsində təhsil alırmış. Hər iki polis əməkdaşı Bakıya imtahan sessiyasına gəlibmiş.

Kazımovla İbayev sessiya müddətində paytaxtın Xətai rayonunda ev kirayələyib. M.Kazımovun qohumları bir neçə gün öncə onun yoxa çıxdığını bildiriblər. Polis axtarışlara başlayıb. Polisin ilk dindirdiyi şəxs Kazımovun otaq yoldaşı Rabil İbayev olub. O isə Kazımovun harada olması barədə heç nə bilmədiyini deyib.

Halbuki M.Kazımov elə İbayev tərəfindən öldürülübmüş. İbayev törətdiyi cinayətin üstünün açılacağından qorxaraq Kazımovun meyitini dəniz kənarına aparıb və izi itirmək üçün onu yandırıb.

O da məlum olub ki, M.Kazımov bundan az əvvəl şəxsi avtomobilini satıbmış. Maşının pulu da R.İbayev tərəfindən oğurlanıb.

Lakin polis Kazımovun qətlinin motivlərini açıqlamağa hələ tələsmir. Məsələ burasındadır ki, qətli törədən Rabil İbayevin səhhətində ciddi problemlər var, bu üzdən az öncə həyat yoldaşından da boşanıb. Belə ehtimal var ki, İbayevi bu cinayəti törətməyə sövq edən səbəblər arasında onun psixoloji problemləri amili də var.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button