Önəmli

Bakıda intiharla bitən sevgi hekayəsi- Qızı qaçırdı, ailəsi isə…

Bakıda intiharla bitən sevgi hekayəsi- Qızı qaçırdı, ailəsi isə...Dekabrın 2-də Hövsanda baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub

Savash.org lent.az-a istinadən xəbər verir ki, dekabrın 2-də Hövsan qəsəbəsində 26 yaşlı oğlanın özünü asaraq intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. İlkin araşdırmalardan sonra intihar edən Cavid Əmirovun gərgin psixoloji sarsıntının təsiri altında bu əməli törətdiyi məlum olub.

Bildirilir ki, C.Əmirov hadisədən bir neçə gün əvvəl sevdiyi qızı qaçırıb. Qızın ailəsi bu izdivaca razı olmadığından onlar belə bir seçim ediblər və Cavid sevdiyi qızı ailəsinin yanına gətirib. Lakin gənc oğlanın ailəsi onun qız qaçırmasını qəbul etməyiblər və onların evlənməsinə qarşı çıxıblar. Bundan sonra qız atası evinə qayıdıb.

Baş verənlər C.Əmirovun depressiyaya düşməsinə səbəb olub və o, Hövsan qəsəbəsində yaşadığı nömrəsiz evin həyətində özünü asaraq intihar edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button