Önəmli

Türk səfir Avstriyadan geri çağırıldı – \”Soyqırım\” qalmaqalı

Türk səfir Avstriyadan geri çağırıldı - "Soyqırım" qalmaqalıTürkiyə Avstriyanın qondarma \”erməni soyqırımı\” ilə bağlı qərarına sərt reaksiya verib. Məlumatı NTV telekanalı yayıb.

Rəsmi Ankara Avstriyadakı səfiri Hasan Göğüşu geri çağırıb.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Avstriya parlamentinin Türk millətini günahkar çıxarmaq səlahiyyəti yoxdur: \”Bilinməlidir ki, Türkiyə və Türk milləti tarixinə atılan bu iftiranı unutmayacaq\”.

Qeyd edək ki, Avstriya parlamenti aprelin 22-də “erməni soyqırımı”nı tanıyan bəyanat qəbul edib. “Türkiyə qaranlıq keçmişə aydınlıq gətirməli və etiraf etməlidir ki, Osmanlı İmperiyasının ermənilərə qarşı cinayətləri soyqırımı olub”, bəyanatda deyilir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button