Önəmli
Rusiyadan İrəvana \”soyqırım nümayəndələri\” aparan təyyarəni ildırım vurdu
Rusiyalı jurnalistlər və bir sıra nümayəndələrin olduğu təyyarə Moskva-İrəvan reysi ilə uçarkən ildırım zərbəsinə tuş gəlib.
\”Trend\”-in məlumatına görə, bunu “Komsomolskaya pravda”nın xüsusi müxbiri Dmitri Smirnov Twitter hesabında yazıb.
\”İrəvana enərkən çovğuna düşdük. Jurnalistlərin və nümayəndə heyətinin bir qismi olan təyyarəni ildırım vurdu. Hamı salamatdır\”, – deyə təyyarənin şəklini paylaşan D.Smirnov qeyd edib.
Loading...