Önəmli

\”Atama 50 il, Şahbaza da 40 il həbs verəcəklər\” – Dilqəmin oğlu

"Atama 50 il, Şahbaza da 40 il həbs verəcəklər" - Dilqəmin oğlu“Atamgilin yalançı məhkəmələri artıq yekunlaşır. Yəqin ermənilər 50 il atama, 40 il də Şahbaza həbs verəcəklər”.

Bu barədə AzVision.az-a açıqlamasında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Bu yaxınlarda məşhur jurnalist Mirşahin Ağayeyin səsləndirdiyi `girovların ailələri niyə Avropa Məhkəməsinə müraciət etmirlər?`deyə iradına münasibət bildirən K. Əsgərov qeyd edib ki, ermənilərin qondarma hökm oxumasından sonra Avropa Məhkəməsinə də müraciət edəcəklər:

“Biz Amerikaya necə gedib müraciət edə bilərik? Nə Avropa Məhkəməsinin harada yerləşməsini bilirik, nədəki onlara necə müraciət edəcəyimizi bilirik? Biz əlimizdən gələni edirik. Yerindən duran deyir ki, girovların ailəsi heç nə eləmir. Mən bildiyimi onların heç nəsilləri də bilmir. Mən bilmirəm ki, nə etmək lazımdır? Bütün lazımı işləri də görmüşük. Bu yalançı hökm məsələsi olarsa biz onu Avropa Məhkəməsinə də apararıq”.

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Şahba Quliyevin qardaşı Manaf Quliyev isə girovların qaytarılması ilə bağlı hər yerə mürciət etdiklərini, amma heç kəsdən cavab almadıqlarını söyləyib:

“Biz hökumət nümayəndələrinin qapısına da getdik. Bizi nə BMT, nə Beynəlxalq Qızıl Xaç Komitəsi qəbul etdi. Səfirliklərə də yazılı formada müraciət etmişik. Amma onlar heç bir iş görmürlər. Mirşahin nə deyib özü bilər”.

Jurnalist Mirşahin Ağayev isə bir neçə gün öncə qeyd etmişdi ki, girovların yaxınları Dilqəm və Şahbazı azad etmək üçün daha çox iş görməlidirlər:

“Hakimiyyət onsuz da bacardığını edir. Soydaşlarımızın yaxınlarını bu mübarizəmi ölkədən xaricə çıxartmağa dəvət edirəm. Dilqəm və Şahbazın qohumları ən azı Avropa Məhkəməsinə qədər gedib çıxmış Baxış Çıraqovu özlərinə nümunə götürə bilərlər. Bir dəfə Parisdə, bir dəfə Moskvada, bir dəfə Vaşinqtonda, lap Ağ Evin qarşında gedib ən azı bir saat dayanmaq, hansısa bir formada etiraz aksiyası keçirmək olar. Dünyanın diqqətini Bakıda oturub məhəllə etirazları ilə cəlb eləmək yol deyil. Dövlətə gərək vətəndaş da kömək eləsin”.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button