Önəmli

İlham Əliyevin göndərdiyi təyyarə Nepaldakı azərbaycanlıları Bakıya gətirdi

İlham Əliyevin göndərdiyi təyyarə Nepaldakı azərbaycanlıları Bakıya gətirdiPrezident İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım ünvana çatdırılıb.

APA TV-nin məlumatına görə, prezidentin göstərişinin icrasının davamı olaraq, 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı həmin təyyarə ilə Nepalda təbii fəlakət zonasından təxliyə edilib. Təxliyə olunan Azərbaycan və Gürcüstan vətəndaşlarını gətirən təyyarə mayın 1-i, Bakı vaxtı ilə 07:15-də Heydər Əliyev adına Hava Limanına eniş edib.

Nepalda baş verən dəhşətli zəlzələnin yaratdığı çətinliklərdən danışan ailələr yardıma görə, Azərbaycan prezidenti İlham Əliyevə və Fövqəladə Hallar Nazirliyinə öz təşəkkürlərini bildiriblər. Zəlzələ baş verən gündən çöldə gecələdiklərini deyən azərbaycanlı ailələr dağıntılar altında hələ də cəsədlərin çıxarıldığını bildirdilər. Onlar həmçinin qeyd etdilər ki, digər dövlətlər kimi Azərbaycanın da göndərdiyi humanitar yardım çatıb və zəlzələdən zərərçəkmiş nepallılara paylanılıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button