Önəmli

\”Əsgər atası\”nı çəkən məşhur rejissor vəfat etdi

"Əsgər atası"nı çəkən məşhur rejissor vəfat etdiGürcüstanda SSRİ xalq artisti, Gürcüstanın xalq artısti, kinorejissor Rezo Çxeidze 89 yaşında vəfat edib.

Çxeidzenin ən populyar filmi 1964-cü ildə çəkilmiş “Əsgər atası” filmidir.

Çxeidze 1956-cı ildə “Maqdananın mavigözlüsü” filminə görə Kann kinofestivalının mükafatını qazanıb. O, həmçinin rejissor Tenqiz Abuladze ilə çəkdiyi bu filmə görə Edinburq kinofestivalında mükafatlandırılıb.

Çxeidzenin digər işləri “Pöhrələr”, “Məsihin məzarındakı şam”, “Burada dan sökülür” filmləridir.

Revaz Davidoviç Çxeidze 8 dekabr, 1926-cı ildə 1937-ci ildə güllələnmiş yazıçı David Çxeidzenin ailəsində doğulub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button