Önəmli

Şok cinayət işi: keçmiş nazir dindirilir, həbs var: KÜRDƏMİR QARIŞDI…

Şok cinayət işi: keçmiş nazir dindirilir, həbs var: KÜRDƏMİR QARIŞDI...Keçmiş kənd təsərüfatı naziri İrşad Əliyev korrupsiyada ittiham olunur.

Bu barədə axar.az-a Kürdəmir rayonundan məlumat daxil olub. Məlumata görə, bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma başlayıb. Siyahıda İ.Əliyevdən başqa Kürdəmir Rayon İcra Hakimiyyətinin aparat üzvləri də var. Belə ki, Kürdəmir RİH memarlıq və tikinti şöbəsində baş memar işləyən Sarif Əsgərov artıq həbs olunub. RİH-in iqtisadiyyat şöbəsinin müdiri Arzu isə ifadəsi alınaraq azadlığa buraxılıb. Lakin onun şübhəli şəxs olaraq qaldığı bildirilir.

Araşdırmanın İrşad Əliyevin Kürdəmir rayonunun icra başçısı işlədiyi dövrdə Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitinin mənimsənilməsi faktı üzrə başlandığı bildirilir.

Kürdəmir rayon icra başçısının birinci müavini Tacəddin Novruzov axar.az-a açıqlmasında faktı təsdiqləyib. Onun sözlərinə görə, Arzu (T.Novruzov onun soyadını bilmədiyini dedi-red.) bir neçə gün əvvəl vəzifəsindən azad olunub: “Bizdə olan xəbər bundan ibarətdir. Bildiyimiz odur ki, Arzu şübhəli şəxs qismində istintaqa cəlb olunub. Baş memar isə həbs olunub. Lakin məsələ hələ araşdırılır. Fakt təsdiqini taparsa, cinayət işi açılacaq”.

T.Novruzov araşdırılan mənimsəmə faktının İ.Əliyevin icra başçısı işlədiyi dövrdə baş verdiyini və keçmiş icra başçısının təhqiqata cəlb olunduğunu da təsdiqləyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button